Türkiyədə qadın 81 yaşlı anasının boğazını kəsərək vəhşicəsinə qətlə yetirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbr verir ki, psixoloji pozğunluğu olduğu öyrənilən qadın anasının cəsədinin olduğu otaqda polis tərəfindən tutulub.
Hadisə Fatih Şehremini Mahallesi Ahmet Vefik Paşa küçəsində yerləşən mənzilin üst mərtəbəsində baş verib.
İddiaya görə, psixoloji problemləri olduğu öyrənilən U.A.D. adlı şəxs naməlum səbəbdən 81 yaşlı anası Nurten Ünerin boğazını kəsərək vəhşicəsinə öldürüb. Evdən gələn səsləri eşidən vətəndaşlar vəziyyəti polis və sağlamlıq qruplarına xəbər veriblər.
Qeyd edək ki, Hadisə yerinə gələrək evə daxil olan polis qrupları Nurten Ünerin cansız bədəni ilə qarşılaşıblar. Anasını vəhşicəsinə öldürən U.A.D , hadisə baş verən evdə tutularaq polis bölməsinə aparılıb. Hadisə yeri araşdırma qruplarının işindən sonra həyatını itirən Nurten Ünerin cansız bədəni Ədliyyə Tibb Təşkilatı Morquna aparılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Oksana