81 yaşlı həkimə müalicə və əməliyyat qadağası - Nazirlikdən açıqlama

81 yaşlı həkimə müalicə və əməliyyat qadağası - Nazirlikdən açıqlama
SOSİAL
12:23 01.07.2016
1913
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya açıqlamasında deyib ki, komissiya tərəfindən ölüm faktının səbəbləri araşdırılacaq, hadisənin həkim səhvi nəticəsində baş verməsi təsdiqlənərsə, müvafiq tədbirlər görüləcək.
Artıq 1981-ci il təvəllüdlü Lumu Veyisovanı əməliyyatını edən 81 yaşlı həkim Cəfər Quliyev müalicə və əməliyyat işlərindən uzaqlaşdırılıb.
Nazirlik 81 yaşlı həkimin hansı səbəblərdən bu gün də fəaliyyətini davam etdirməsinə də aydınlıq gətirib. S. Əhmədova bildirib ki, qanunvericiliyə əsasən, həkimin elmi adı, uğurları, nailiyyətləri varsa, fəaliyyətinin davam etdirməsinə icazə verilir. Buna əsasən də “Şöhrət” ordeni alan, tanınmış mütəxəssis, Tibb Universitetinin uzun illər müəllimi kimi çalışan, hazırda əmək fəaliyyətini davam etdirməyə qadir olan Cəfər Quliyev bu yaşa kimi həkim kimi çalışıb.
Hadisə barədə məlumat verən S. Əhmədova deyib edib ki, 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil Qızı iyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub: “İrinli öd kisəsinin çürüməsi prosesi olan xəstə çox gecikdirildiyindən və həkim öd kisəsinin partlamasından ehtiyat edərək xəstəni təcili əməliyyat edib. Lumu Veyisova xəstəxanaya gətirilən zaman öd kisəsi yolları tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub. Əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb. 3 gün xəstəxanada qalan xəstə iyunun 29-da bütün yardımlara və cəhdlərə baxmayaraq, dünyasını dəyişib”.
Qeyd edək ki, xəstənin yaxınları Lumu Veyisovanın ölümündə həkimi günahlandırırlar.
Onlar iddia edirlər ki, həkim yaşlı olduğu üçün əlləri əsdiyindən xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlan', 'keywords' => 'Qarayev, narkotik, etdiyi, vasitəni, müəyyən, olunub, əldə, sakinindən, məqsədi, İran, Faktla, satış, cinayət, seçilib, Araşdırmalar, davam, etdirilir, tədbiri, qətimkan, şəxsin', ), ), ); ?>
"Kəpəz" portuqaliyalı futbolçunu transfer etdi
19:32 05.07.2025
"Kəpəz" portuqaliyalı futbolçunu transfer etdi
Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb
19:20 05.07.2025
Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistika üzrə əməkdaşlığı müzakirə ediblər - FOTOLAR
19:07 05.07.2025
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistika üzrə əməkdaşlığı müzakirə ediblər - FOTOLAR
TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı
18:52 05.07.2025
TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
18:47 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
“Səs Azərbaycan”ın iştirakçısı öldürüldü
18:32 05.07.2025
“Səs Azərbaycan”ın iştirakçısı öldürüldü
Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı
18:26 05.07.2025
Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı
Türkiyə XİN: Ərdoğan 17-ci BRİCS Liderlər Zirvə toplantısında iştirak etməyəcək
18:11 05.07.2025
Türkiyə XİN: Ərdoğan 17-ci BRİCS Liderlər Zirvə toplantısında iştirak etməyəcək
Kürdə boğularaq ölən gəncin FOTOSU
17:57 05.07.2025
Kürdə boğularaq ölən gəncin FOTOSU
Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb
17:41 05.07.2025
Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb
Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan
17:32 05.07.2025
Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan
Komada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO
17:18 05.07.2025
Komada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO
Azərbaycanda növbəti torpaq hərracları
16:59 05.07.2025
Azərbaycanda növbəti torpaq hərracları
Azərbaycanda bu bazar bağlandı
16:46 05.07.2025
Azərbaycanda bu bazar bağlandı
Dünya Kuboku: Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
16:24 05.07.2025
Dünya Kuboku: Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
Mingəçevirdə çayda iki kater toqquşub, xəsarət alanlar var
16:13 05.07.2025
Mingəçevirdə çayda iki kater toqquşub, xəsarət alanlar var