82 yaşlı qadın paltar asarkən 3-cü mərtəbədən yıxıldı

82 yaşlı qadın paltar asarkən 3-cü mərtəbədən yıxıldı
SOSİAL
16:48 26.07.2022
293
Bakıda qadın ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu,Təbriz küçəsi, ev 116 ünvanında qeydə alınıb.

1940-cı il təvəllüdlü Şəfiqə Əhmədova yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanında paltar asarkən ehtiyatsızlıqdan yıxılıb. Qadın ağır xəsarətlər alıb və Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR