Ramdev, Hindistan Baş naziri Manmohan Singhin aclıq tətilini dayandırma çağırışına da məhəl qoymayaraq geri addım atmayıb.
O, CNN-IBN televiziyasına verdiyi açıqlamada bu addımı ölkəni xilas etmək üçün atdığını bildirib: “Baş nazir ölüm orucuna başlamamağım üçün çağırış etdi. Ancaq mən 4 iyundan etibarən ölkəmizi xilas etmək üçün ölüm orucuma başlayacağam”.
Hər gün televiziyadan yayımlanan yoqa şoularıyla gündə 30 milyon tamaşaçının izlədiyi Ramdevin başladacağı 'ölüm orucunu' milyonlarla tərəfdarının da dəstəkləmə ehtimalı Hindistan hökümətini narahat edir.