“Azərbaycan tarixi” dərsliklərindəki çatışmazlıqlar üzə çıxarılacaq

“Azərbaycan tarixi” dərsliklərindəki çatışmazlıqlar üzə çıxarılacaq
MARAQLI
19:12 29.04.2011
2336
“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikası prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan tarixi dərsliklərinin monitorinqi” layihəsinin təqdimatını keçirib. Lent.az-ın verdiyi məlumata görə, “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı deyib ki, tarix millətin milli şüurunun formalaşmasında, dövlətçilik təfəkkürünün inkişafında mühüm rol oynayır və keçmişini bilməyən millət gələcəyini qura bilməz. 

Mübariz Aşırlı layihə çərçivəsində orta ümumtəhsil məktəblərində tədris olunan 5, 6, 7 və 8-ci sinif “Azərbaycan tarixi” dərsliklərinin araşdırılacağını, üzə çıxarılan çatışmazlıqların sistemləşdirilərək müzakirəyə çıxarılacağını söyləyib: “Həm ekspertlərin, həm ictimaiyyətin, həm də jurnalistlərin iştirakı ilə keçirilən müzakirələrdə səsləndirilən təkliflər də ümumiləşdirilərək vahid bir sənəd halında müvafiq qurumlara göndəriləcək. Eyni zamanda bu məsələlərlə bağlı vaxtaşırı KİV-in imkanlarından istifadə edərək ictimai rəyin diqqətini bu sahəyə yönəltməyə çalışacağıq”.

“Şərq”" qəzetinin baş redaktoru Akif Aşırlı layihənin bu gün üçün aktual olduğunu bildirib. Onun sözlərinə görə, milli mənəvi dəyərlərimizin qorunması, milli kimliyimizin öyrənilməsi baxımından “Azərbaycan tarixi” dərsliklərinin önəmi böyükdür və bu səbəbdən də onların qüsursuz olması lazımdır. Tarix dərsliklərimizdəki mövcud problemlərdən danışan Akif Aşırlı qeyd edib ki, dərsliklərdə bəzən tarixi faktlar kifayət qədər qəliz ifadə tərzində, orta məktəb şagirdlərinin qavramaqda aciz olduğu bir formada verilir. Baş redaktor həyata keçirilən layihədə tarixçi alimlərin iştirak edərək məsləhət və təkliflərini vermələrini zəruri sayıb: “Tarixi vəsaitlərimizin mükəmməl olması gəclərimizin ermənilərin yalançı iddialarının qarşısına tam hazırlıqlı, əsaslandırılmış tarixi faktlarla silahlanmış formada çıxmasına yardımçı olacaq”. O, tarix fənnin tədrisi zamanı yeni texnologiyalardan istifadə edilməsini də vacib hesab edib. 

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova tarix dərsliklərimizdə müəyyən qüsurların olduğunu dilə gətirib: “Mən hətta bir dəfə Biləcəridə 11 sinfin əlaçı bir şagirdi ilə söhbət edirdim. O mənə bildirdi ki, mən indiyə qədər bilmirəm ki, hansı milli kimliyə sahibik. Bircə onu bilirəm ki, türkük. Hansı dövlətin varisi olduğumuzu, haralardan, necə gəldiyimizi dəqiq bilmirik. Çünki tarix dərsliklərimiz o qədər qarışıq yazılıb ki, adam çaş-baş qalıb. Hərəsində bir cür qələmə alınıb. Bu şagirdlərin dərsliklərə olan münasibətidir. Keçmişini öyrənmək üçün, vətəndaş kimi formalaşmağımız, milli kimliyimizi dərk etmək üçün “Azərbaycan tarixi” dərsliklərini yazanların üzərinə böyük məsuliyyət düşür. Hazırkı dərsliklər isə qaneedici deyil. Bu səbəbdən də “Müasir İnkişaf” İctimai Birliyinin layihəsi təqdir olunmalıdır ”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir