“Azadlıq üçün soyundum”

MARAQLI
09:24 21.04.2011
1945
25 yaşlı Şahin Alman telekanallarından birində yayımlanan “Yaxşı dövrlər, pis dövrlər” serialındakı rolu ilə məşhurlaşıb.
Sıla Şahin çılpaq fotolar çəkdirməsini uşaqlıqda ailəsi tərəfindən sıxışdırılması və indi isə hər şeydən tamamilə azad olmaq istəyi ilə izah edib.
Bundan başqa Şahin bütün müsəlman qızlarını ondan nümunə götürməyə çağırıb. Playboy jurnalı üçün çəkdirdiyi fotolardan sonra Şahinin ailəsi ilə konflikti yaranıb.
Aktrisanın sevgilisi Jorn Şlenvoyt isə sevgilisini müdafiə edərək deyir ki, Sılanın bədəni gözəl olduğundan onu ictimaiyyətdən gizləmək cinayət olardı.
Hərçənd Şahinin çılpaq fotolar çəkdirməsi sevgilisi üçün də gözlənilməz olub. Şahin ona planları haqda Şri-Lankaya çəkilişlərə gedəndən sonra deyib.
Sila Şahinin sözlərinə görə, valideynləri onun bu addımından narazı qalıblar. Şahinin aktyor olan atası daha çox türk və müsəlman cəmiyyətlər tərəfindən səsləndirilən ittihamlara görə əsəbləşib. Anası isə indiyə kimi qızını danışdırmır.
/// kulis.az

OXŞAR XƏBƏRLƏR