“Böyük dayaq: zərifliyin keşiyində” filmi təqdim edildi

MARAQLI
10:54 06.05.2011
2162

Tədbirdə “Böyük dayaq: zərifliyin keşiyində” filmi nümayiş olunub.  Tədbirdə filmin müəllifi Mahirə Əsədova çıxış edərək bildirib ki, Heydər Əliyevin Azərbaycan xanımına, anasına yanaşma tərzi tamam fərqli idi. O bütün xanımlara qayğı göstərməyə çalışırdı. Bu filmi onun ruhuna ithaf edirəm”,-deyə filmin müəllifi qeyd edib.

 Millər vəkili Məlahət İbrahimqızı isə məhz Heydər Əliyevin hakimiyyəti illərindən qadınların aktiv olaraq fəaliyyətlərinə şərait yaradıldığını bildirib. Onun sözlərinə görə, Heydər Əliyevin dəstəklədiyi “Dövlət qadın siyasəti haqqında” Qanunu BMT bütün dövlətlərə ən nümunəvi sənəd kimi göstərdi. “Heydər Əliyev qadına çox böyük qiymət verirdi”,-deyə millət vəkili vurğulayıb.  Millət vəkili Jalə Əliyeva bildirib ki, Azərbaycan qadını özünü ölkədə müxtəlif sahələrdə sübut edə bilirsə, bunu Heydər Əliyevə borcludur.

Tədbirdə həmçinin millət vəkilləri Gövhər Baxşəliyeva, Jalə Əliyeva, modelyer Fəxriyyə Xələfova və nazirliklər, QHT və jurnalist təşkilatlarının nümayəndələri iştirak ediblər.  Tədbirin sonunda “Böyük dayaq: zərifliyin keşiyində” filmi nümayiş olunub.

Qeyd edək ki, filmin rejissoru Ramil Ağasıyev, ssenari müəllifi isə tanınmış jurnalist İlhamə Novruzovadır. 

OXŞAR XƏBƏRLƏR