“Birlik kuboku”nun bütün qalibləri

İDMAN
11:05 24.01.2011
3226

Azərbaycan klubları 19 ildir keçirilən ənənəvi “Birlik kuboku” turnirinin liderləri sırasında yer aldı. Ölkəmiz 3 müxtəlif klubla yarışın qalibi olmaqla, Rusiyanın analoji rekordunu təkrarlayıb. “Birlik kuboku”nu hamıdan çox qazanan şimal qonşularımız Moskvanın “Spartak” və “Lokomotiv”, habelə Kazanın “Rubin” klubları, biz isə “Neftçi”, “Xəzər Lənkəran” və “İnter”lə buna nail olmuşuq. Hər iki ölkədə uğurun 2-ci paytaxt, biri əyalət təmsilçisinin hesabına qazanılıb. “Lokomotiv” 2005-ci ildə məhz “Neftçi”ni yenərək (2:1), qalib olub. Ölkəmiz “Birlik kuboku”nda qaliblərin sırasında 3-cü yerə qalxaraq, Moldovanı qabaqladı, Ukraynaya yaxınlaşdı.

“Birlik kuboku”nun bütün qalibləri

Rusiya – 8 dəfə (“Spartak, 1993, 94, 95, 99, 2000, 2001, “Lokomotiv”, 2005, “Rubin”, 2010)
Ukrayna – 4 (“Dinamo”, Kiyev, 1996, 97, 98, 2002 )
AZƏRBAYCAN – 3 (“Neftçi”, 2006, “Xəzər Lənkəran”, 2008, “İnter”, 2010)
Moldova – 2 (“Şerif”, 2003, 09)
Gürcüstan – 1 (“Dinamo”, Tiflis, 2004)
Özbəkistan – 1 (“Paxtakor, 2007)

Rusiya – 8 dəfə (“Spartak, 1993, 94, 95, 99, 2000, 2001, “Lokomotiv”, 2005, “Rubin”, 2010)
Ukrayna – 4 (“Dinamo”, Kiyev, 1996, 97, 98, 2002 )
AZƏRBAYCAN – 3 (“Neftçi”, 2006, “Xəzər Lənkəran”, 2008, “İnter”, 2010)
Moldova – 2 (“Şerif”, 2003, 09)
Gürcüstan – 1 (“Dinamo”, Tiflis, 2004)
Özbəkistan – 1 (“Paxtakor, 2007)

 

OXŞAR XƏBƏRLƏR