EBU-nun qəbul etdiyi yeni qərarlar arasında müsabiqə yayımlandığı vaxt iştirakçıların sms nömrələrinin ekranda daha kiçik ölçüdə verilməsi də var. Buna kimi sms nömrələri ekranın 25 faizini tuturdu, lakin bundan sonra daha kiçik ölçüdə olacaq.
EBU-nun fikrincə, bu yazıların böyüklüyü tamaşaçıların diqqətini mahnıdan yayındırır. Şou zamanı ekranda yazıların böyüklüyünün və görünüşünün necə olacağı isə yaxın gələcəkdə dəqiqləşdiriləcək.