“MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi” davam edir

GƏNCLİK
07:07 11.08.2011
1600

Təşkilatdan  AZXEBER.COM-a verilən məlumata görə, 3 gün ərzində 4 komanda (Bakı, Gəncə, Şuşa Naxçıvan) hazırladıqları rəqs, tamaşa və video materialları təqdim etdilər. Məlumat üçün bildiririk ki, keçirilmiş ilk sosial gecədə “Gəncdə” komandası qalib gəldi, dünən isə “Naxçıvan” komandası qalib oldu.

Bundan əlavə iştirakçılar Qəbələnin tarixini və bü günkü inkişafını əks edən Ümummilli lider Heydər Əliyevin tarix muzeyini, Qəbələ tarix-diyarşünaslıq muzeyini və İvanovka kəndini ziyarət etdilər. Gəzintiləri zamanı kəndin tarixi ilə yaxından tanış olan gənclər, İvanovkanın mədəniyyət sarayı ilə tanış oldular.

Bu gün – 11 avqust tarixində “MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi”nin iştirakçıları Rusiya Federasiyasının Azərbaycandakı səfiri, cənab Vladimir Doroxinlə görüşəcəklər. Görüşdə Azərbaycan Rusiya arasında mədəni əlaqələr müzakirə olunacaq, tələbələr və tələbə QHT-ləri sahəsində danışılacaq.

Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ)  MDB-yə üzv ölkələrin Hökümətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Azərbaycan Respubikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə  8-13 avqust tarixlərində Qəbələ şəhərində  “MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi”ni reallaşdırır.

OXŞAR XƏBƏRLƏR