“The Washington Post” dələduzluqda ittiham olunur

“The Washington Post” dələduzluqda ittiham olunur
MARAQLI
20:44 27.12.2010
2182

ABŞ-ın nüfuzlu və populyar “The Huffington Post” nəşrinin 2010-cu il 23 dekabr tarixli nömrəsində dərc edilmiş məqalədə “The Washington Post” şirkəti, daha doğrusu, bu şirkətin mühüm bölmələrindən biri olan “Kaplan Higher Education” şirkətinin sistematik surətdə dələduzluqla məşğul olması təsvir edilir. “The Washington Post” şirkətinin gəlirlərinin əsas hissəsini təmin edən “Kaplan Higher Education” əslində tamamilə zərərlə işləyən “The Washington Post” qəzetinin yaşamasına imkan verir. Keçən il “Kaplan Higher Education”un mənfəəti 1,5 milyard dollar olmuşdur. 

Dələduzluğun mahiyyəti ondan ibarətdir ki, abituriyentlər təcavüzkar üsullarla Kaplan Universitetinə cəlb edilir, müxtəlif fırıldaqlar və açıq-aşkar saxtakarlıq yolu ilə tələbələri nəyin bahasına olursa-olsun bu ali məktəbdə saxlamağa cəhd göstərilir. “The Huffington Post” nəşrinin məlumatına görə, Kaplan Universitetinin müdavimlərini çox vaxt özlərinin xəbəri də olmadan, onların parollarından və elektron poçt ünvanlarından qeyri-qanuni istifadə etməklə kurslara yazırlar. Məqalə müəllifi bu praktikanı “quldurluq” adlandırır. Bir müddətdən sonra tələbələrə poçtla qəbz göndərilir və əslində heç vaxt almadıqları təhsilə görə bir neçə min dollarlıq hesabları ödəmələri tələb edilir.

Bu halda zərərçəkmiş tələblər arasında amerikalı vergi ödəyiciləri də olur, çünki Kaplan Universitetinin tələbələri, daha doğrusu, onların adından bu universitet dövlətdən ali təhsil üçün aşağı faizlə kreditlər alır. Əslində təhsil almamış tələbələr nə diplom ala bilirlər, nə də dövlətin borcunu ödəməyə imkan verəcək yaxşı məvacibli iş. 
For-profit statusuna malik olan (yəni kommersiya tipli, mənfəət əldə etmək məqsədi güdən) digər buna oxşar ali məktəblərin də vaxtaşırı bu cür fəaliyyəti ifşa edilir, lakin “The Huffington Post” qəzeti vurğulayır ki, “Kaplan Universiteti ilə bağlı hadisə başqa məsələdir, çünki Amerika jurnalistikasında ən hörmətli nəşrlərdən biri olan “The Washington Post” qəzeti özünü ictimai mənafe uğrunda mübariz kimi təqdim edən təsisatdır”. 

İfşaedici xarakterli məqalədə Kaplan Universitetinin dələduzluqdan zərər çəkmiş tələbələrinin, eləcə də biznesin aparılması metodları ilə razılaşmadıqlarına görə, istefa verməyə məcbur olmuş bu müəssisənin bir neçə sabiq əməkdaşının şahid ifadələri misal göstərilir. Onlar etik normaların pozulması, bəzi hallarda isə bəlkə də cinayət olan bu metodların təfsilatı barədə məlumat verirlər. 

“The Huffington Post” nəşri “The Washington Post” şirkətinin ona məxsus qəzeti yaşatmaq üçün istifadə etdiyi üsullardan çıxış edərək, Amerikada ən iri nəşrlərdən birinin obyektivliyini faktiki olaraq şübhə altına alır. “The National İnterest” nəşri isə “The Huffington Post” qəzetində şərh edilən faktlara əsaslanaraq bu fikri davam etdirir və yazır ki, hələ Uotergeyt vaxtından özünü ədalət uğrunda xaç yürüşünün ön sıralarında gedənlərdən biri kimi qələmə verən “The Washington Post” indi özü çıxılmaz vəziyyətdədir. Bu şirkətin mühüm tərkib hissəsi olan “Kaplan Higher Education”un korrupsiyaya qurşanması barədə məlumatlar “The Washington Post” qəzetinin nüfuzuna kölgə salır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü