“Yağ kimi” Zauru Şamaxıda döymək istəyiblər

ŞOU-BİZNES
16:53 01.04.2011
2906

 

ATV kanalının məşhur aparıcısı Zaur Baxşəliyev Şamaxıda pis duruma düşüb. Bu haqda xəbəri marka.az yayıb. Məlumata görə, Zaur qeyri adi bacarığı olan insanların axtarışına çıxarkən növbəti çəkilişlərini Şamaxıda həyata keçirib. Çəkiliş zamanı bir gəncin əllərinin üstündə yeriməsi səhnəsi çəkilərkən Zaurun “Şamaxılılar başı aşağı gəzir” deməsi qalmaqala səbəb olub. Orada iştirak edən sakinlər Zaurun bu qeyri-etik ifadəsindən bərk qəzəbləniblər. Həmin an orada Şamaxının nüfuzlu şəxslərindən birinin olması Zaurun qanının arasına girib. Həmin şəxs qəzəblənən yerli sakinləri güclə sakitləşdirməyə müvəffəq olub. Zauru isə özü ilə oradan aparmaq məcburiyyətində qalıb.

OXŞAR XƏBƏRLƏR