Hindistanda 72 il ac qalan kişi yaşayır. Hindistanlı tibb ekspertləri bu qocanı fenomenal insan hesab edirlər. Çünki 83 yaşlı Praxlad Cani 11 yaşından nə yeyir, nə də içir.Parxlad Caninin asket, tərkidünya olduğu və yoqa ilə məşğul olduğu bildirilir. O, mağarada yaşayır və lazım gəldikdə alimlərin analizləri, prosedurları, tədqiqatlarını olan dəvətləri də qəbul edir.83 yaşlı qocanı müayinə edən həkimlər onun orqanizmində heç bir pozuntu aşkar etməyiblər. Ən qəribəsi isə odur ki, Parxlad Cani heç ayaqyoluna da getmir. Onun sözlərinə görə, sonuncu dəfə ayaqyoluna 1940-cı ildə -11 yaşı olanda gedibmiş.İki il bundan öncə alimlərin təklifi ilə 2 həftə ərzində müayinə olunub. Fiziologiya və Əlaqədar Elmlər üzrə Müdafiə İnstitutu bütün sukta ərzində telekameralar və onların tibb ekspertinin nəzarətində olub. Həkimlərin Parxald Caninin metabolizm, enerjimübadiləsini, DNK-nı da yoxlayıblar. İnstitutun həkimi İlavejaqanın sözlərinə görə, bioloji və fiziki göstəricilərinə görə Cani adi inslardan təxminən heç nəyi ilə fərqlənmir. Sadəcə olaraq ayaqyoluna getmir, nə yeyir, nə də içir.Neyrofizioloq isə bildirib ki, 2 həftə ərzində 83 yaşlı kişi yemək və maye qəbul etməyib, ancaq dəstnamaz şəkildə yuyunub, ağzını yaxalayıb, lakin su içməyib.