Dünən "O səs Türkiyə"də yenə maraqlı anlar yaşanıb.
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, Belma Tatlıcı adlı iştirakçı çıxışından sonra yarışa anasının arzusunu yerinə yetirmək üçün gəldiyini bildirib.
O qeyd edib ki, hazırda kulisdə olan 83 yaşlı anası Filiz uzun illər musiqi ilə məşğul olub. Aparıcı Acun Ilıcalının və tamaşaçıların xahişi ilə yaşlı qadın səhnəyə gəlib və mahnı oxuyub.