"Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardi 87 saatdan sonra dağıntılar altından çıxarılan Kadir adlı şəxsi sevindirib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 87 saatdan sonra dağıntılar altından çıxarılan və tibbi müayinə zamanı onunla eyni qol sevincini paylaşan Kadir Mauro İkardinin imzalı formasını istəyib.
Mauro İkardi 87 saat sonra dağıntılar altından çıxarılan və mesaj göndərib və bu istəyə biganə qalmayıb.
Məşhur futbolçu sosial media hesabından Kadir üçün paylaşım edərək bunları yazıb:
"Balaca Kadir, ümid edirəm ki, səni tezliklə görəcəm. Formamı hədiyyə edib, səni qucaqlayacağam".
Günel