88 ölkə yeni tariflər səbəbindən ABŞ-yə poçt xidmətlərini dayandırıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Poçt İttifaqı (UPU) məlumat yayıb.
ABŞ aşağı dəyərli mallar üçün rüsum ödənişindən azadolmanı ləğv etdikdən sonra 88 poçt operatoru ölkəyə poçt göndərişlərinin bir hissəsini və ya hamısını dayandırması barədə Ümumdünya Poçt İttifaqına məlumat verib.
Bu, avqustun 29-dan etibarən ABŞ-yə poçt trafikinin 81 % azalmasına səbəb olub.