"9 ay Bakıdan uzaqlaşdım" - Oksana

"9 ay Bakıdan uzaqlaşdım" -  Oksana
MAQAZİN
14:17 29.03.2019
4084
Hamilə olanda 9 ay Bakıda qalmadım, gedib valideynlərimin yanında yaşadım. Hər gün səhər durub, hansısa bir bölgənin yeməyini bişirirdim, tortlar edirdim. Həyatımda heç hazırlamadığım yeməkləri etdim. Bütün ilklərim 9 ay ərzində oldu. Ən yaxşı Şəki pitisi alındı.

AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "Faydalı saat" verilişində qonaq olarkən deyib. O bildirib ki, hamiləlik ərəfəsində paytaxtdan uzaqlaşıb:
 
"Özümə heç bir qadağa qoymadım. Fikirləşdim ki, 36 ildir qadağa qoyuram özümə, bu dəfə sərbəst olacam. Nə istədim yedim, etdim. Hamiləlikdə pəhriz lazımdır. 30 kiloqram kökəlmişdim, amma düzgün deyildi. Son ayda həkim dedi ki, ancaq alma ye. Əvvəl 55 kiloqram idim, 86 oldum. Övladım 2 kiloqram 800 qram kökəldi. Amma qadınlara məsləhət görürəm ki, belə etməsinlər".
OXŞAR XƏBƏRLƏR