9 aylıq körpə koronavirusdan ölüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Şəhər Xəstəxanasında ürək xəstəliyindən müalicə olunan 9 aylıq Tuğba Nur Sarı koronavirusdan dünyasını dəyişib.
Mersində yaşayan Fatma və Mehmet Yasin Sarıların 7 övladından biri olan 9 aylıq Tuğba Nur Sarı bir müddət əvvəl ürək xəstəliyindən Ankara Şəhər Xəstəxanasında müalicə olunub. Tuğba Nur müalicə alarkən xəstəxanada koronavirusa yoluxub.
Qızının təxminən 5 aya yaxındır xəstəxanada müalicə aldığını bildirən Mehmet Yasin Sarı uşağının xəstəliyindən danışıb:
"Ürəyində dəlik var idi. Əməliyyat olundu. Sonra koronavirusa yoluxdu. Koronavirusa yoluxanda xəstəxanadan heç bir məlumat ala bilmədik. 6 gün ərzində qızım intubasiya olundu. Ondan sonra təəssüf ki, övladımızı itirdik”.
Ayşən