9 fevral Parlament seçkilərinə sayılı günlər qalır.
Deputatlığa qeydə alınmış namizədlərin təbliğat-təşviqat
kampaniyası 17 yanvar tarixindən başlayıb və geridə qalan 11 gün ərzində ölkədə
seçki ab-havası ən yüksək səviyyədə yaşanır.
Namizədlərin aktivliyinin başlıca səbəbi isə Prezident İlham
Əliyevin başlatdığı islahatlar və 5-ci çağırış Milli Məclisin islahatlarla
ayaqlaşmamasıdır.
Eyni zamanda namizədləri daha da həvəsləndirən Prezidentin "Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar.
Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır. Əminəm ki, yeniləşən
Parlamentlər gənc deputatların sayı daha da çox olacaq və onların ideyaları,
fikirləri cəmiyyət tərəfindən müsbət qarşılanacaq” sözləri olub.
Növbədənkənar parlament seçkilərində istər hakim Yeni Azərbaycan
Partiyasının, istər digər partiyalar gənc, intellektual, çevik, hadisələri daha
operativ və obyektiv qiymətləndirən gənclər korpusunu deputatlığa namizəd kimi
irəli sürüb. Bu tamamilə yeni dönəmin başlanğıcıdır.
Belə namizədlərdən biri də 17 saylı Yasamal 1-ci seçki dairəsindən
deputatlığa namizədliyini irəli sürən Elnur Allahverdiyevdir.
Sosial şəbəkələrdə və xəbər saytlarında Elnur
Allahverdiyevin fəallığı, seçicilərlə aktiv işi hər kəsin diqqətini cəlb edir.
Bu günlərdə tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin
üzvü Cəlal Qurbanovun dəvəti ilə Elnur Allahverdiyevin seçicilərlə
görüşündə iştirak etmək imkanı qazandım.
İlk baxışdan çox sadə və işgüzar təsir bağışlayan Elnur
Allahverdiyevin seçicilər qarşısında çıxışından 10 əsas istiqamət diqqətimi cəlb
etdi.
İstəyirəm bu haqda danışım. Yasamal seçiciləri məhz bu 10 səbəbə
görə 9 fevralda Elnur Allahverdiyevə səs verməlidir:
1. Elnur Allahverdiyev çıxışında bildirdi ki, rəqibləri
yalnız sosial şəbəkələrdə paylaşımla kifayətlənir. Bu günə qədər seçicilərin
qapısına gedən olmayıb. Rəqiblər düşünür ki, deputat sosial şəbəkələrdə
seçilir. Bunun müqabilində o seçicilərinə belə bir vəd verib: "Hər küçədə, hər dalanda olacağımıza, hər qapını döyəcəyimizə
söz vermişdik. Sözümüzün üstündəyik".
2. Elnur Allahverdiyev çıxışı zamanı 2 təhsilinin olduğunu
dedi. O 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin
Hüquqşünaslıq fakültəsində ali təhsil alıb. 2012-2015-ci illərdə Azərbaycan
Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi”
fakültəsində oxuyub.
3. Elnur Allahverdiyev hakim partiyanın namizədidir. O eyni zamanda Heydər Əliyev Mərkəzinin
direktorunun müşaviridir. O çıxışı zamanı bildirdi ki, uzun illərdir sahibkarlıq
fəaliyyəti ilə məşğuldur, bir sıra uğurlu biznes-layihələrin önündə olub. 8 nəfərlə
başladığı biznesinin hazırda 1900 nəfərə
çatıb.
4. Elnur Allahverdiyev 2014-cü ildən Sloveniyanın fəxri konsuludur. Sloveniya Xocalı soyqırımını tanıyan yeganə Avropa ölkəsidir. 5 il ərzində fəxri konsul olan Allahverdiyev bu ölkədə bir çox ilklərə imza ata bilib. Sloveniyada Mehdi Hüseynzadənin heykəli və ev muzeyinin bərpa olunması da bu işlərdən bəziləridir. Əlbəttə ki, bütün bu işlər Heydər Əliyev Fondu və Dövlətimizin dəstəyi ilə ərsəyə gəlib.
5. Elnur Allahverdiyevin ətrafında çox güclü könüllü ordusu və komanda formalaşıb. Belə ki, könüllülər ilində könüllülər Azərbaycana xidmət edən və vətəndaşlarını qayğısını bilən namizədin ətrafına toplaşıb. Onlar çox böyük zövqlə Elnur Allahverdiyevin platformasını seçicilərə təqdim edir, onları düşündürən məsələləri isə qeydə alırdılar.
6. Deputatlığa namizəd həmçinin bildirdi ki, Yasamal küçələrində
ona çox doğmadır. Çünki bu küçələrdə, bu məhəllələrdə böyüyüb. O hansı məhəlləyə
gedirsə, mehriban və xoş rəftarla qarşılaşdığını deyir. Sakinlər ona öz
doğmaları kimi yanaşır. Bu da səbəbsiz deyil. Namizədin səmimi münasibəti, platformasına maraqlı nüansların olması seçicilərin diqqətindən kənar qalmır.
7. Elnur Allahverdiyevin çıxışında diqqətimi cəlb edən daha
bir məqam isə onun seçiçilərlə, sakinlərlə işləməyə və onları dinləməyə maraqlı
olmasıdır. Hətta bir sakin 10 dəqiqəyə yaxın problemini danışsa da, namizəd
diqqətlə onu dinlədi və sonda qeyd etdi: "Mənim işim sizə xidmət etməkdir, sizi
dinləməliyim ki, problemlərinizi bilim.
8. Əminliklə demək olar ki, Elnur Allahverdiyev 9 fevralda seçicilərin
rəğbətini qazandığım təqdirdə qollarını çırmayıb, var gücü ilə yerli əhalinin
problemlərinin qanunverici orqanda səsləndirməklə həllinə nail olacaq.
9. Elnur Allahverdiyevin sakinlərlə söhbətində diqqətimi ən çox cəlb edən məqam isə onun "mən vəzifə üçün deyil, sizə xidmət üçün millət vəkili olmaq istəyirəm. Mənim vəzifəyə deyil, millətə xidmət etməyə ehtiyacım var” sözləri oldu.
10. Son olaraq isə onu demək olar ki, 17 saylı Yasamal birinci seçki dairəsinin seçiciləri çox şanslıdır. Çünki onları düşünən, onların problemini həll etmək gücündə olan və onların içindən çıxan bir namizədi deputat etmək şansları var. Düşünürəm ki, yasamallılar bu şansdan maksimum faydalanacaqlar.