Hindistanda tikinti zamanı çökən tuneldə 9 gündür xilas olunmağı gözləyən 41 işçinin ilk görüntüləri yayılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, xilasetmə səyləri zamanı yeni çökmə təhlükəsi narahatlıq doğurub.
Səlahiyyətlilər həftə sonu iş zamanı tunelin içindən gələn çatlama səsi səbəbindən qazma maşınının zədələndiyini aşkar etdikdən sonra xilasetmə işlərini dayandırıb.
İşçilərin kiçik bir ərazidə dayanaraq xilasetmə qrupları ilə danışdıqları görünüb.
İşçilər boru vasitəsilə oksigen, dərman və qida ilə təmin olunur.
Səlahiyyətlilər işçilərin qaranlıq və dar dağıntılar altında yataraq, yoqa edərək və tez-tez danışaraq sağlamlıqlarını qorumağa çalışdıqlarını, əhval-ruhiyyələrinin yaxşı olduğunu bildiriblər.