9 illik həbs edilən şöbə rəisinə cüzi güzəşt edildi

9 illik həbs edilən şöbə rəisinə cüzi güzəşt edildi
SOSİAL
22:10 27.03.2025
395
Ədliyyə Nazirliyinin külli miqdarda alma və nüfuz alveri cinayətləri ilə 9 il həbsə məhkum edilmiş sabiq şöbə rəisi Elşən Quliyevin hökmü dəyişdirilib.
 
AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayəti əsasında belə qərar qəbul edib.

E.Quliyev Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin rəisi işləyib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda və nüfuz alverində təqsirli bilinmişdi.

Yeni qərarla ona cüzi güzəşt edilib. E.Quliyevin cəzası 9 ildən 8 il 6 aya endirilib.

Qeyd edəki, keçmiş ədliyyə işçisi ayrı-ayrı şəxslərin ad və soyadını dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində 4 min manat rüşvət alıb. Bundan başqa o, həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir edib.
OXŞAR XƏBƏRLƏR