9 nəfərin ölümü ilə nəticələnən qəzada tanker sürücüsü həbs edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Qaziantep bölgəsində baş verib.
Dəhşətli qəzada 9 nəfər ölüb, 11 nəfər yaralanıb.
Ölənlərdən 4-nün tələbə olduğu öyrənilib.
Qeyd olunub ki, 11 yaralıdan 2-si evə buraxılıb, digərlərinin müalicəsi davam etdirilir.
Hadisə nəticəsində mikroavtobus sürücüsü sərbəst buraxılıb.
Oksana