9 yaşlı oğlanla 5 yaşlı qızı evləndirmək istədilər - İyrənc adətin qurbanı olacaqlardı

9 yaşlı oğlanla 5 yaşlı qızı evləndirmək istədilər - İyrənc adətin qurbanı olacaqlardı
DÜNYA
13:45 04.05.2017
1393

Hindistanda çəkilən görüntülər dəhşətə gətirir.

Görüntülərdə 5 yaşlı "gəlin" ilə 9 yaşlı "bəy"ə toy edilən zaman onların polislər tərəfindən xilas edilməsi əks olunub.

Əgər uşaqlar vaxtında xilas edilməsəydi, iki uşaq Hindistanın Mambapur vilayətindəki iyrənc adətin qurbanı olacaqlardı.

Videodan göründüyü kimi, Hindistanın ailə-məişət məsələləri üzrə departamentinin üzvləri mərasimin keçirildiyi əraziyə basqın edir və onlar gözü yaşlı qızı öz himayələrinə alırlar.

Uşaq hüquqları məsələləri üzrə məsul şəxs Açyuta Rao hadisə ilə bağlı açıqlamasında bildirib ki, həmin ailə son zamanlarda evlərindən ölü çıxdığına görə bunu ediblər. 

"Onların adətinə görə, əgər ev sakinlərindən biri ölərsə, həmin evdə xeyir iş keçirilməsə, başqa qohumlar həmin evə daxil ola bilməzlər".

 

Valideynlər polis tərəfindən saxlanılıb.


///milli.az
OXŞAR XƏBƏRLƏR