9 yaşlı qız doqquzuncu mərtəbədən yıxılıb öldü

9 yaşlı qız doqquzuncu mərtəbədən yıxılıb öldü
SOSİAL
13:32 11.06.2024
105
Bakıda 9 yaşlı qız faciəvi şəkildə ölüb.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, hadisə Cəfər Xəndan küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Orada yaşayan 2015-ci il təvəllüdlü Nərmin Əliyeva 9-cu mərtəbədə yerləşən mənzilin eyvanından yerə yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR