9 yaşlı uşağın şəkil çəkdirmək istəyi anasının faciəvi şəkildə ölümünə səbəb oldu - FOTO

9 yaşlı uşağın şəkil çəkdirmək istəyi anasının faciəvi şəkildə ölümünə səbəb oldu - FOTO
DÜNYA
12:44 09.01.2023
1727
Türkiyənin Şanlıurfa şəhərində faciəvi hadisə baş verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 9 yaşlı uşaq ov tüfəngi ilə foto çəkdirmək istəyərkən təsadüfən tətiyə toxunub.

Uşağın anası 39 yaşlı Gözəl H. tüfəngdən açılan atəş nəticəsində başından güllə yarası alıb.

Hadisə yerinə gələn 112 Təcili Tibbi Yardım qrupları onun həyatını itirdiyini bildirib. Qadının meyiti morquna aparılıb. Uşağın ifadəsi psixoloqun müşayiəti ilə alınıb.

Aydın
OXŞAR XƏBƏRLƏR