"907-ci düzəliş"in ləğvi Azərbaycana nə vəd edəcək? - Deputat AÇIQLADI

"907-ci düzəliş"in ləğvi Azərbaycana nə vəd edəcək? - Deputat AÇIQLADI
SİYASƏT
13:54 08.08.2025
230
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq.
 
Həmin sənəd bu gün imzalanacaq.
 
Prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olan bu sənəd 33 il əvvəl Azərbaycanın məruz qaldığı ədalətsizliyə son qoymuş olacaq.
 
Qeyd edək ki, ABŞ 1992-ci ildə rəsmi Bakının Ermənistana guya "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək Azərbaycana dövlət yardımının göstərilməsinə qadağa qoyan qanunu qəbul edib.
 
Bəs, bu qərar Azərbaycana nə vəd edir və ABŞ-Azərbaycan münasibətlərində hansı dəyişiklik və irəliləyişlər gözlənilir? 
 
AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov sənədin icrasının dayandırılmasını belə şərh edib:
 
"Prezident İlham Əliyevin ABŞ-yə səfəri ölkələrimiz arasında münasibətləri yeni bir səviyyəyə yüksəldir. Belə ki, dövlət başçımızın səfəri çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə dair bir çox sənədlər imzalanır, münasibətlərimizə zərərə uğradan Azadlığa dəstək haqqında aktına əlavə olunmuş 907-ci düzəlişin ləğv edilməsi gözlənilir".
 
Deputat bildirib ki, 907-ci düzəlişin ləğv edilməsi ölkələrimiz arasında münasibətlərə yeni impuls verəcək:
 
"Bu düzəliş 1992-ci ildə ədalətsizcəsinə qəbul olunmuşdu və ölkəmizə təzyiq vasitəsi kimi istifadə olunurdu. Düzəlişin ləğv edilməsi ölkələrimiz arasında münasibətlərə yeni bir impuls verəcəkdir. Artıq ölkələrimizarası əməkdaşlığın əsas üç istiqaməti müəyyənləşib. Bunlar enerji təhlükəsizliyi və TAP layihələri, rəqəmsal transformasiya və texnoloji imkanlar, müdafiə və antiterror əməkdaşlığı olaraq müəyyən olunub. Bu sahələr üzrə əməkdaşlığımızın dərinləşməsi Azərbaycan-ABŞ münasibətlərini daha da yaxınlaşdıracaqdır".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR