Artıq neçəni seçkidir ki, mənim səs verməyim üçün evimizə daşınan qutu gətirilir. Mən də öz seçki hüququmdan istifadə edirəm. Qoy bu seçki xalqımıza düşərli olsun. Ölkəmizdə əmin-amanlıq olsun, müharibələr baş verməsin. Sechki-2018.az saytının xəbərinə görə, bu sözləri Xaçmazın Hacıəhmədoba kənd sakini 91 yaşlı Sona Hacıyeva söyləyib.
Sona Hacıyeva səhhəti ilə əlaqədar məntəqəyə gedə bilmədiyindən evlərinə səyyar seçki qutusunun gətirilməsi üçün müraciət edib. "Ölkəmizdə keçirilən bütün seçkilərdə iştirak etmişəm. Bu dəfə də istədiyim namizədə səs verdim. Allah ölkəmizi qorusun”, - deyə 91 yaşlı seçici bildirib.
56 saylı Xaçmaz kənd seçki dairəsinin 21 saylı məntəqəsində Sona Hacıyeva ilə yanaşı, daha 13 nəfərin evinə səyyar seçki qutusu aparılıb.