920 məhbus əfv olundu

920 məhbus əfv olundu
DÜNYA
16:45 31.03.2014
957
İranın ali dini lideri ayətullah Əli Xamneyi əfv fərmanı imzalayıb.
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani 1 aprel - Respublika Günü münasibətilə ali dini liderə məktubla müraciət edib. Məktubda 920 məhbusun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi xahiş edilib. İranın ali dini lideri təklifi qəbul edib.
Qeyd edək ki, 1979-cu il aprelin 1-də İranda ümumxalq səsverməsi (referendum) keçirilib və ölkənin adı İran İslam Respublikası olaraq dəyişdirilib.
OXŞAR XƏBƏRLƏR