94 yaşlı Azərbaycan ordusu

94 yaşlı Azərbaycan ordusu
10:15 26.06.2012
1736
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 94 il ötür. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib.Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Bağ Qərargah rəisi təyin ediliblər.Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.Bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlər - İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin əməyi sayəsində əldə olunub. Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Bu səbəbdən 1998-ci ilədək məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilib. 1992-ci il oktyabrın 9-da Silahlı Qüvvələrin ali baş komandanı, prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə Bakının Azadlıq meydanında Azərbaycanda ilk hərbi parad keçirilib.Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin ali baş komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da isə üçüncü hərbi parad olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
05:29 04.04.2026
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
03:20 04.04.2026
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
02:46 04.04.2026
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert