2014-cü ildə keçirdiyi şok səbəbiylə 95 gün reanimasiyada qalan məşhur aktyor Nejat İşler yenidən xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, yenidən xəstəxanaya yerləşdirilən aktyor Nejat İşlərin nə zaman evə buraxılacağı açıqlanmayıb.
Xəstəxanadan verilən açıqlamaya görə müalicəsinin davam etdirildiyi aktyorun yeni mövsümdə çəkilişlərə başlaması çətin görünür:
"İşlər bazar ertəsi Nişantaşıdakı xəstəxanaya yenidən müalicə olunmaq üçün müraciət edib. Onun nə vaxt xəstəxanadan çıxacağı məlum deyil. Amma onun üçün ötən mövsüm başlayan və bu mövsüm də davam edəcək serialının çəkilişlərinə başlamaq çətin görünür”.
Günel