96 nəfərin həyatını itirdiyi yaşayış binasının sütunlarında kifayət qədər dəmir istifadə edilmədiyi məlum olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, söhbət Türkiyənin Adana bölgəsində baş verən Kahramanmaraş mərkəzli zəlzələdən gedir.
Belə ki, 7.7 bal gücündə olan zəlzələ nəticəsində, 14 mərtəbəli bina uçub, 96 nəfər həyatını itirib.
Zəlzələnin baş verdiyi gün binanın podratçısı Hasan Alpargün Şimali Kipr Türk Respublikasına qaçıb. İstintaqın sonunda barəsində həbs qərarı çıxarılan podratçı Həsən Alpargün Polis İdarəsinə təslim olub və fevralın 13-də Türkiyəyə gətirilərək həbs edilib.
Alpargünün Türkiyədən 990 min dollar, 890 min avro və 500 min türk lirəsi köçürməyə çalışdığı və Lefkoşada mənzil almağa cəhd etdiyi iddia olunub.
Məhkəmə zamanı, sütunların minimum möhkəmləndirmə tələbinə cavab vermədiyi müəyyən edilib, statik layihədəki məlumatlara görə, bəzi sütunlar mərtəbələrdə fərqli olub. Yuxarı mərtəbələrə doğru sütunların kiçildiyi məlum olub.
"Şüurlu ehtiyatsızlıqdan birdən çox insanın ölümünə və xəsarət almasına səbəb olmaq” cinayətindən 22 il 6 aya qədər həbs cəzası istənən podratçı Həsən Alpargünün məhkəməsi iyunun 27-də davam edəcək.
Oksana