Çin yenə də buynuzlu adamdan danışır.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çində buynuzlu adamların sayı artır. Və tibb dünyası bu xəstəliyin qarşısında çarəsizdir.
Huanq başında buynuzla yaşayan tək adam deyil. Keçən il başında ikinci buynuz çıxaran 101 yaşlı Zhanq Ruifanq da qəzetlərin manşetinə qeyri-adi görünüşü ilə çıxmışdır. Onun başındakı ilk buynuz 6,35 sm-ə qədər uzanmışdır.
Son illərdə Çində bu xəstəliyin daha çox yaşlı insanlarda olması ilə bağlı söhbətlər gəzir. Belə ki, 2007-ci ildə 93 yaşlı Ma Zhonq Nanın başının üzərində 10, 16 sm uzunluğunda bir buynuz olub. M.Z.Nan qaşınana qədər buynuzun olduğunu hiss etməyib. O, daha sonra ətrafından kömək istəyib.
Yenə həmin ildə 95 yaşlı Xiou Linq alnının ortasında çıxan və üzünə tərəf tökülən 7 sm-lik buynuzla gündəmə gəlmişdir. X.Linq buynuzun 4 ildə daha da uzanması barədə açıqlama vermişdir.Ayşə İsazadə