Ağ Ev ABŞ hava limanlarında xaos yarandığını açıqlayıb

Ağ Ev ABŞ hava limanlarında xaos yarandığını açıqlayıb
DÜNYA
01:35 23.03.2026
150
ABŞ-nin hava limanlarında uzun növbələr yaranıb, reyslər ciddi gecikmələrlə üzləşib.

Bu barədə Ağ Ev "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, yaranmış xaos Daxili Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin dayandırılması ilə bağlıdır. ABŞ nəqliyyat naziri Şon Daffi isə ABC-yə müsahibəsində əməkdaşları işə qayıtmağa çağıraraq, buraxdıqları bütün müddət üçün maaş alacaqlarını bildirib.

Onun sözlərinə görə, bəzi hava limanlarında personalın 30-40 faizi işdə olmadığı üçün fəaliyyət faktiki olaraq iflic olub.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR