Ağ Ev: ABŞ Rusiyaya qarşı hərbi qarşıdurmadan başqa, istənilən addıma hazırdır

Ağ Ev: ABŞ Rusiyaya qarşı hərbi qarşıdurmadan başqa, istənilən addıma hazırdır
DÜNYA
20:30 22.04.2022
426
"Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya müdaxiləsinə görə istənilən addımı atmağa hazırdır. Amma birbaşa hərbi qarşıdurmaya gedən deyil".

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşavirinin müavini Dalip Sinqh CNN telekanalına verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, Rusiyanı məsuliyyətə cəlb etmək üçün vaxt lazımdır.

"Prezident bunu açıq şəkildə bildirdi: biz Rusiya ilə birbaşa hərbi qarşıdurmadan başqa hər şeyi edəcəyik, bunu müttəfiqlərimizlə edəcəyik və lazım olan qədər təzyiqi artıracağıq”, - o deyib.

Xatırladaq ki, ABŞ Rusiya bayrağı altında üzən gəmilərin Amerika limanlarına daxil olmasını qadağan edib. Bundan əlavə, Prezident Cozef Bayden Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR