Ağ Ev: ABŞ və Çin liderləri bir həftə ərzində danışa bilər

Ağ Ev: ABŞ və Çin liderləri bir həftə ərzində danışa bilər
DÜNYA
19:03 01.06.2025
423
ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında söhbət bir həftə ərzində baş tuta bilər.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Ağ Evin milli iqtisadi şurasının rəhbəri Kevin Hassett "ABC News”a müsahibəsində deyib.

"Bunun konkret tarixə təyin olunduğuna əmin deyiləm, lakin onlar arasında Cenevrədə əldə olunmuş razılaşma barədə müzakirələr aparılıb və bunu irəliyə doğru böyük addım kimi qəbul etdik. Prezident Trampın istəyi bu həftə danışmaqdır”.

Kevin Hassett hesab edir ki, hər iki tərəf söhbətdə maraqlıdır.
OXŞAR XƏBƏRLƏR