Ağ Ev Haniyənin öldürülməsinə qəzəblənib - Öncədən xəbər verilməliymiş

Ağ Ev Haniyənin öldürülməsinə qəzəblənib - Öncədən xəbər verilməliymiş
DÜNYA
11:01 07.08.2024
107
İranın paytaxtı Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ictimaiyyətin hiddətinə səbəb olarkən, bu gün ABŞ mətbuatında çıxan xəbər böyük əks-səda doğurub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Washington Post”un Ağ Evdəki mənbələrə istinadən verdiyi məlumata görə, İsrail HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən dərhal sonra ABŞ-a məlumat verib.

Qəzetin yazdığına görə, Bayden administrasiyası Haniyəni öldürmək qərarından qəzəblənib və Qəzzada atəşkəs üçün aylarla davam edən diqqətli danışıqları poza biləcəyindən narahat olub.
 
ABŞ İsrailin Hizbullah və ya İran komandirlərini öldürmək üçün növbəti əməliyyatlara başlamazdan əvvəl onlara məlumat verməməsindən qəzəblənib.
 
Qəzetin adını açıqlamadığı bir İsrail rəsmisi baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında keçən həftə telefon danışığının "gərgin" olduğunu təsdiqləyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR