Rəsmi Moskva 50 gün ərzində Ukrayna ilə bağlı atəşkəsə razılaşmazsa və ya siyasi razılıq əldə olunmazsa, ABŞ administrasiyası Rusiyaya qarşı yeni ticarət rüsumları və sanksiyalar tətbiq edəcək.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit brifinqdə bildirib.
"Əgər bu müddət ərzində Rusiya danışıqlara getməzsə, onunla neft ticarəti aparan ölkələrə qarşı da sanksiyalar qüvvəyə minəcək. Bu isə, təbii ki, Rusiya iqtisadiyyatına ciddi zərbə olacaq”, – deyə Levit vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu müharibənin diplomatik yolla başa çatmasını istəyir.