ABŞ administrasiyası hesab edir ki, Volodimir Zelenski Ukraynada sülhə doğru deyil, əks istiqamətdə hərəkət edir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
"ABŞ prezidenti Donald Tramp məyusdur. Onun səbri tükənir. O, sülhə nail olmaq istəyir. Ancaq təəssüf ki, prezident Zelenski yanlış istiqamətdə hərəkət edir", - Livitt deyib.