“A Haber”in redaktoru: “Ermənistan Azərbaycanı təhrik edərək regionda yeni bir gərginlik yaratmaq istəyir”

“A Haber”in redaktoru: “Ermənistan Azərbaycanı təhrik edərək regionda yeni bir gərginlik yaratmaq istəyir”
MEDIA
16:16 08.06.2021
347
30 ildi Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistana tarixinin ən böyük zərbəsi vurulub. İndi də ermənilərin istər siyasətçiləri, istərsə də mülki vətəndaşları başlarını əyərək gəzir. Bu səbəbdən Ermənistan Azərbaycanı təhrik edərək regionda yeni bir gərginlik yaratmaq istəyir.

"Haber Global”ın məlumatına görə, bu barədə "A Haber”in daxili xəbərlər redaksiyasının müdiri Kərim Ulak Kəlbəcərdə altı erməni diversiya qrupunun ələ keçməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən erməni diversantlar girib yollara yenidən minalar düzürlər. 

"Təəssüf ki, bu hücumlarda Qarabağda cəbhə xəttində bizim də bir yerdə vəzifədə olduğumuz iki qardaşımız şəhid oldu. Həqiqətən böyük kədər içindəyik”, - deyə o, bildirib.

Ermənistanın Cenevrə sazişini yox sayaraq minaların xəritəsini vermədiyini xatırladan jurnalist İrəvanın cinayətkar simasını bir daha göstərdiyini vurğulayıb.

"Bu gün 20 mülki şəxs həyatını itirib, yeddi hərbçi şəhid olub. Ermənistan qətliamlara davam edir. Beynəlxalq hüquq, insan haqları təşkilatları haradadır?”

Ermənistanın cinayətkar əməllərinə dünya dövlətlərinin heç bir reaksiya vermədiyini, etiraz etmədiyini, qınamadığını deyən Kərim Ulak, bununla da ikili standartların sərgiləndiyini vurğulayıb:

"Ermənistan əsgəri ölsə, dünya ayağa qalxır, Azərbaycan əsgəri, mülki vətəndaşı şəhid olsa, heç kim səsini çıxarmır”.

"A Haber”in jurnalisti beynəlxalq hüquqlara riayət olunmadığını, mina xəritələrinin verilmədiyini, diversiya ilə təhrik hücumlarının olduğunu deyərək, Azərbaycanın soyuqqanlılığının saxlamağının zəruriliyini vurğulayıb.

"Azərbaycan Qarabağı geri qaytarıb. Ermənistan bunu təhrik edərək geri almağa səy edir”, - deyə o, sözlərini yekunlaşdırıb.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
20:46 27.06.2026
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video