Müğənni Səidə Sultan bu gün media nümayəndələri ilə görüşüb.
Sənətçi Məmmədbağır Bağırzadənin "Bağışla” mahnısına çəkdirdiyi klipini təqdim edib.
Mərasimə 1 saat gec gələn Səidə qonaqların könlünü rəqs etməklə almağa çalışıb. Daha sonra isə o, klipindən danışıb. Səidə bildirib ki, ekran işində geyimləri üzərində modelyer Elnarə Bəkirova çalışıb.
Sultan şəxsi həyatı ilə bağlı suallarıda cavablandırıb. O bildirib ki, ərə getməsi ilə bağlı ona çox suallar ünvanlanır:
"Bu haqda danışmaqdan zəhləm gedir. Hər dəfə də bunla bağlı suallar ünvanlayırlar. İnsanlar da bu xəbərdən beziblər. Deyirlər, gedirsən get, getmirsən gözümüz aydın. Özüm də bu haqda xəbərlərə qıcıq oluram. Hələ ki, ağ atlı, ağ "Porsche”li oğlanı gözləyirəm. Zarafat bir yana, bu işlər qismətdən asılıdır.
Kişiləri çox qınayıram deyə mənimlə dolanmırlar. Deyirlər ki, kişi kimi hamıyla dalaşıram, ona görə də tək qalacam. Amma yaxşı kişiyə can qurban. Həyat xanımların qarşısına öz qismətini yetirsin ki, sonra peşman olmasınlar. Elə olur ki, sonradan etdiyin hər şeyi vurur başına. Mənim də peşman olduğum vaxtlar olub. İllərimə peşman olmuşam”.
///Axşam.az