«Ağ şəhər»də «ağ» ediblər: Prezidentin sərəncamını pozurlar

«Ağ şəhər»də «ağ» ediblər: Prezidentin sərəncamını pozurlar
SOSİAL
12:21 17.09.2017
6321

"Ağ şəhər” və Xətai rayon İcra Hakimiyyətinin məsul əməkdaşları paytaxt sakinlərini dövlət başçısından narazı salır

Redaksiyamıza Xətai rayonu Turşsu küçəsində yaşayan 40 ailədən giley-güzar dolu şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, həmin ailələr artıq 20 ilə yaxındır Babək prospektindəki "Dəniz Mebel” deyilən obyektin arxasında, Turşsu küçəsində, sakinlər arasında "Ərzurum” deyilən ərazilərdə min bir zəhmətlə, balalarının, özlərinin boğazından, əynindən-başından kəsərək zülmlə ev tikiblər. 

"Qaynarinfo"ya daxil olan şikayət məktubunda bildirilir ki, Xətai rayon İcra Hakimiyyəti və özünü "Ağ Şəhər” layihəsinin məsul şəxsləri kimi təqdim edən bir neçə nəfər çox az məbləğ ödəyərək bu evləri uçurtmaq istəyirlər. Onların təklif etdiyi vəsaitə normal şəraiti olan ev almaq mümkün deyil. Hətta bəzi şəxslərə pul belə verməkdən imtina edirlər. Evlərin sahələrini də düzgün ölçülmür, yaşayış sahələri real ölçüdən az göstərilir, ticarət məqsədilə tikilən obyektlərə isə ümumiyyətlə pul ödənilməyəcəyi bildirilir. Axı bu obyektlər həmin ailələrin çörəkpuludur. Bəzi sakinlərin hasarları onların evdə olmadığı vaxtlarda fürsət bilinib sökülüb. 

"Bu barədə dövlət başçısı İlham Əliyevə, birinci-vitse prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə dəfələrlə məktub yazsaq da, heç bir reaksiya verilməyib. Məktubumuzun birbaşa ünvanına çatdırılmadığından əminik. Ola bilməz ki, dövlət başçımız və digər mötəbər dövlət adamları cənab prezidentin və Mehriban xanımın adından istifadə edilərək camaata zülm olunduğunu bilsinlər və bu faciəyə diqqət göstərməsinlər. Axı dövlət başçısı Azərbaycanın paytaxtında - mərkəzi məhlələrdə sökülən binaların hər kvadrat metri üçün 1500 AZN ödəniləcəyini açıq mətnlə demişdi. Zati-alilərinin bu göstərişini bütün respublika eşitmişdi. Necə ola bilər ki, dövlət başçısı belə bir göstəriş versin, lakin aşağı ranqlı hansısa məmur söküntü üçün ayrılmış pulu mənimsəsin və sonra da birinci-vitse prezident Mehriban Əliyevanın adından danışaraq zati-alilərinin iradəsinə qarşı çıxış etsin. Bu məmurlar belə cəsarəti kimdən və haradan alırlar? Öz ciblərini düşünən həmin "Ağ şəhər”in məsul şəxsləri bu addımları ilə seçiciləri cənab prezidentdən narazı saldıqlarının fərqində deyillərmi, həm də seçkilərə az müddət qalmış? Onlar "kimin dəyirmanına su tökürlər?” Niyə xalqı öz seçdiyi prezidentindən narazı salmaq istəyirlər?" deyə məktubda bildirilir.

"Ağ şəhər” məmurlarının təhdidlərindən cana doymuş, hər an evlərinin söküləcəyi qorxusu ilə gecələyən, sabahı açan sakinlər prezidentdən bu özbaşınalığı dayandırmağı xahiş edirlər. Onlar rəsmi poçtla yolladıqları müraciətlər cavabsız qaldığından mediaya üz tutmağa məcbur qalıblar. Ümid edirlər ki, tezliklə onların müraciətinə müsbət cavab veriləcək. Ancaq mətbautda getmiş məlumatı da dövlət başçısından gizlətsələr, məcbur qalıb pezident Administrasiyasının qarşısına gedərək şikayətlərini birbaşa dövlət başçısının özünə çatdırmağa çalışacaqlarını bildirirlər. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi