20 il öncə bir qrup təhsil könüllüsü Atatürkün "Bizim rusların hakimiyyəti altında olan qardaşlarımız var,onlar azadlıqa çıxdıqda yardımlarına qoşun" sözünə yada salaraq yeni müstəqil olmuş Azərbaycana gələr, Azərbaycanda təhsil yolçuluğuna başlamaq üçün çox böyük əziyyətlə dövlət rəsmiləri ilə görüşər. Bir otaq verərlər onlara.. O otaqdan başlanar hər şey.
Ortada Azərbaycan xəritəsi, bir-bir haralara gedəcəklərini dəqiqləşdirər, adlarını ilk dəfə eşitdikləri yerlərin harada yerləşməsini öyrənər... Onlar Gələrkən avtobus ilə gəlmişdilər. Gəncədə onlar xilaskar kimi qarşılanmışdı, insanlar onların gəlişini sanki "Qafqaz-İslam ordusu"-nun 1918-ci ildəki gəlişi kimi qeyd edirdi.
Əslində xilaskar idilər onlar. Azərbaycan üçün yeni nəsil, yeni mədəniyyətin, fərqli düşünən, vətənini, millətini sevən, milli kimliyini tanıyan, hər an cəmiyyətə xeyir vermək istəyən yeni gənc nəsil yetişdirmək üçün burda idilər... Ailələrini geridə qoyub, bizlər üçün gəlmişdilər.
Bir müəllim Ağdaş Liseyində kimya labaratoriyasını genişləndirmək, uşaqların daha müasir bir otaqda eğitim almasını istər. Azərbaycanda vəsait tapa bilməz, yola çıxar Türkiyəyə doğru, yeni aldığı maşını ilə. Geridə-Azərbaycanda həyat yoldaşını qoyar və yeni doğulmuş balaca körpəni.. Gürcüstanda maşın qəzası keçirər, vəfat edər. Vəfat edərkən,dinimizə görə şəhid olar.Və ya digər bir ölkədə bir uşaq suya düşər, boğulmaq təhlükəsi qarşısında qalar... Abi suya atılar uşağın sağ-salamat qurtulmasına nail olar, lakin özün sudan çıxa bilməz. Bu 20 il ərzində Azərbaycan üçün yüzlərlə,hətta deyərdim ki, minlərlə savadlı, dünyagörüşlü,vətənini,millətini sevən gənc yetişdirdi ÇAĞ ÖĞRƏTİM!Nə yaxşı ki, gəldiniz! Nə yaxşı ki, 5 ilimi sizlərlə keçirdim. Hamınızı təbrik edirəm!Mənə "insanların problemləri sənəmi qalıb?"- deyən tanışlara,qohumlara səslənirəm : "Mənim müəllimlərim fədakar olub,abilərim fədakar olub, onlardan baxıb öyrənmişəm. Xəstə olanda başımız üstündə olublar, vaxt olub ki,yatmayıblar bizə görə... 12 yaşımdan belə insanlarla bir yerdə olduğuma görə çox şanslıyam, hər-halda..." Nə qədər pulumuz olmayanda pul aldıq sizlərdən, bəzən qaytardıq, bəzən qaytarmadıq. Halal Edin.Doğum günün mübarək olsun,Çağ Öğrətim! Doğum gününüz mübarək olsun, ÇAĞ məzunları!