Aşiq olmaq üçün neçə saniyə kifayətdir?

MARAQLI
06:42 15.02.2011
2102

Mütəxəssislər insanların aşiq olduqları zaman özlərini xoşbəxtlikdən uçar kimi hiss etmələrinin səbəbinə də aydınlıq gətiriblər.

Professor Stephan Ortiguenin rəhbərlik etdiyi qrupuun araşdırmasına görə, aşiq olan bir adamın beyninin 12 müxtəlif hissəsi, oksitosin, adrenalin və dopamin kimi kimyəvi maddələri ifraz edir. Bütün bunlar isə ümumilikdə insanların özlərini xoşbəxt hiss etmələri üçün lazım olan maddələrdir.

Araşdırma zamanı insanların ağlıyla yoxsa ürəyilə sevdikləri də müzakirə mövzusu olub. Origue bu sualı aldadıcı sual adlandırıb: “Bu qarışıq məsələdir. Mənim fikrimcə, insanlar beyniləri ilə sevirlər. Lakin, ürək də öz rolun oynayır. Çünki, bu vəhdət təşkil edən bir hissdir və beyindən ürəyə və ürəkdən beyinə gedən bir prosesin məhsuludur. Ürəyimizdə yaşadığımız bəzi hisslər beynimizdən qaynaqlanır”. 

OXŞAR XƏBƏRLƏR