Ağa-Bala Hacıyevə Prezidentin fərdi təqaüdü verildi

Ağa-Bala Hacıyevə Prezidentin fərdi təqaüdü verildi
SOSİAL
17:48 05.12.2018
7255
Prezident İlham Əliyev Ağa-Bala Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM-un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağa-Bala Şamxal oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, A.Hacıyev 2003-cü ilin sentyabrından 2018-ci ilin dekabr ayına qədər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR