AA seriyalı taksilər Abid Şərifova məxsus imiş...

AA seriyalı taksilər Abid Şərifova məxsus imiş...
SOSİAL
11:05 09.09.2017
5472
Son günlər paytaxtda taksi fəaliyyəti ilə məşğul olan AA seriyalı avtomobillərə rast gəlinir. AA seriyası xalq arasında əsasən, "dövlət maşınları” kimi tanındığından mənzərə maraq doğurur.
AZXEBER.COM xəbər verir ki, Yeni Müsavat qəzeti bu taksilərin baş nazirin müavini Abid Şərifovun ailə biznesinə daxil olduğunu yazıb. Yazıda qeyd olunanlara görə, təsadüfi deyil ki, bu taksilərin hamısının nömrəsi 55-dir. 55 isə Şəki nömrəsidir. Xəbərə görə, bu taksilər sürücülərə yalnız müqavilə əsasında verilir. Yəni bəzi taksi şirkətləri gündəlik qazancı maşının pulu kimi hesablayırlar və müəyyən müddət tamam olduqdan sonra avtomobil sürücüyə qalır. Amma bu qayda 55 nömrəli taksilərə aid deyil. Sürücü girov (və ya müəyyən miqdar pul) müqabilində taksini götürüb istifadə edir və gündəlik qoyulan haqqı verir.
İddiaya görə, 55 nömrəli və AA seriyalı taksi Şərifovların Şəkidə qeydiyyata alınmış MMC-lərinə daxildir. Bu səbəbdən də Bakı nömrəsi deyil, Şəki nömrəsi ilə fəaliyyət göstərir. Bu taksi sürücülərinin hamısına maşınların Abid Şərifovun biznesinə aid olduğu məlumdur. Amma xəbərdarlıq edilib ki, A.Şərifovun yüksək post tutması o demək deyil ki, sürücülər arxayın ola bilərlər. Əksinə, qaydaları pozan sürücülər dərhal müəyyənləşir və onlar işdən uzaqlaşdırılır. Dövlət Yol Polisi rəsmiləri də şübhə yoxdur ki, bu taksi firmasının baş nazir müavininə aid olduğundan xəbərdardırlar.
Baş nazir müavinin ailə biznesi haqda xəbərlər yeni deyil. Şərifovların xüsusilə dövlət sifarişi ilə körpü tikintilərində milyonluq iş icraları olduğu barədə mediada xeyli iddialar var. Onların Şəki və İsmayıllıda turizm sektoru biznesində ağırlığı olduğu da deyilir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu