“AAAF İnşaat”da özbaşınalıq: Şirkət şəhərin əsas prospektini bağladı - FOTO

İQTİSADİYYAT
13:29 11.02.2015
4122
Adı vəhhabilərə yardım göstərməkdə və müştəriləri aldatmaqda hallanan “AAAF İnşaat” tikinti şirkəti Xırdalan şəhərinin mərkəzi yolunu - Heydər Əliyev prospektini xeyli müddətdir ki, “işğal” edib.Bu barədə məlumatı Aznews,az-a şəhər sakinləri veriblər. Onların təqdim etdikləri fotolardan da göründüyü kimi, prospektin düz kənarında, tikilən hündür mərtəbəli binaya görə, prospektdə demək olar ki, gediş-gəliş dayanır. Hətta piyada yolunu da zəbt edən şirkət tikdi işlərini yalnız gündüzlər həyata keçirdiyindən, iri texnikalar, qaldırıcı kranlar prospektin ortasında dayanır və təbii ki, bu da saatlara tıxacların yaranmasına səbəb olur. Sakinlər iddia edir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq problem həllini tapmır.Onların sözlərinə görə, şirkətdə yoxlamalar aparıldığı üçün və şirkətin “AAAF Park”da dikdiyi, əvvəlcədən pulu alınmış mənzillərin inşası dayandırıldığından yol kənarındakı binaların işinə xüsusi diqqət yetirilir. Şirkət rəhbərliyi əsas tikintilərinin dayandırılımasını yol kənarındakı binaların tez bir zamanda təhvil verməli olduğu ilə izah edir. Bununla o, mənzillərini təhvil verməyə gecişdirdiyi müştəriləri sakitləşdirməyə çalışır.Qeyd edək ki, “Sevil massivi” MMC-nin rəhbəri hacı Aynur Zeynalov həbs olunduqdan sonra “AAAF İnşaat” MMC-nin rəhbəri Hacı Tofiqə qarşı təftiş başlanıb. Hətta onun bir müddət saxlanılaraq dindirildiyi barədə də məlumatlar yayıldı. Həmin müddətdən sonra “AAAF İnşaat” MMC-də tikinti işləri dayandırılmışdı. Buna görə də “AAAF Park”da ev almış şəxslər təşvişə düşüblər. Hacı Tofiq sərbəst buraxılandan sonra tikinti işlərini qismən bərpa etməyə nail olsa da, təftiş vaxtı binaların bir qismində sənədləşmə işlərində çatışmazlıqlar aşkarlandığı üçün onların istismara qəbulundan imtina edilib, hazır olmayan binaların isə tikintisi dayandırılıb.Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.

OXŞAR XƏBƏRLƏR