“AAAF Park”-da faciə: 26 yaşlı oğlan 11-ci mərtəbədən yıxıldı

“AAAF Park”-da faciə: 26 yaşlı oğlan 11-ci mərtəbədən yıxıldı
SOSİAL
00:46 06.05.2017
902

 

Abşeron rayonunun Xırdalan şəhərində fəhlə hündürmərtəbəli binadan yıxılaraq ölüb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bədbəxt hadisə "AAAF Park” yaşayış kompleksi ərazisində qeydə alınıb.

Həmin yerdə tikilməkdə olan binada fəhlə işləyən 1991-ci il təvəllüdlü, Süleymanlı Babək Qorxmaz oğlu 11-ci mərtəbədən yerə yıxılıb.

Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR