AAAF Park müştərilərini aldatmaqda davam edir. Belə ki, hələ ötən il tikilib istifadəyə verilməli olan binalar hələ də hazır deyil.
Hələ ötən il vətəndaşlar şikayət edərək narazılıq etmişdilər. O zamanİbrahim adlı vətəndaşın elektron poçtumuza göndərdiyi şikayəti təqdim edirik: “Mən 2013-cü ilin noyabrında qan tər içində qazanıb yığdığım pulumun hamısını AAAF Parkın içərisindəki, onların təmsilcisi Millenium Acentasındakı Hacı Raid deyilən şəxsin sözlərinə inanaraq AAAF Park Bakı-Sumqayıt yolu lahiyəsindəki 4-cü binadan 3 illik kredit şərtiylə AAAF Mühasibinə ödədim.
Mənə verilən söz ən geç 2014-cü ilin oktyabr ayında təmir və yaşamaq üçün mənzilimi tehvil alacaqdım.Bu sözə inanaraq və qənaətlə yaşayaraq oktyabr ayına qədər bir təhər dözdüm.Yoldaşım müəllimə və mənim turizm maaşımız aylıq ödəməmiz gərəkən 450 manat AAAF kreditinə üstəgəl 300 manat ev kirayəsinə çətinliklə də olsa aç qalaraq çatızdırırdıq.Oktyabr ayına gələndə AAAF mənə və mənim kimi Bakı-Sumqayıt yolundaki lahiyədən ev götürən ailələrlə maraqlanmaqdan açıqca imtina etdi, dedilərki o lahiyə ilə əlaqəder bütün suallara tikintidəki məsuliyyetli şəxs Bəxtiyar müəllim baxır.Bəxtiyar müəllimlə əlaqə saxladığımda mənə işlerin biraz yubanacağını yeni ilə qədər mütleq təhvil verəcəklərini söylədiler.Mən 3 ayda dözüm, ola bilər deyərək gözlədim.Dekabr ayında əlaqə saxlayanda Martın axırında, sonra Mayın Axırında, sonra Avropa Oyunlarından sonra və son əlaqəmizdə Avqust ayında verəcəklərini söylədilər.Mən kirayə pul çatdıra bilmədiyim və kreditin pulunu vaxtında vermək üçün Azərbaycandakı işimi,ailəmi,körpə uşağımı buraxaraq xaricə didergin düşdüm.Çəkdiyim əziyətin hesabını kim verecək?Məlumatlara görə bu lahiyəyə ayrılan pulu yeyiblər, heç sement almağa pulları yoxdur.Elə kobud rəftar eləyirlər ki,tikintiyə gedib sual soruşa bilmirsən.Mənim kimi yüzlərlə ailə var,belə vəziyyətdə olan…”
Şikayətlə bağlı yazıda adı çəkilən Bəxtiyar Məmmədovla əlaqə saxladıq. B. Məmmədov şikayətin müəyyən qədər haqlı olduğunu bildirərək dedi ki, “may ayında evlər təhvil verilməliydi, may-iyun ayı deyilmişdi, may-iyun ayı təhvil veriləcəkdi remonta, iyun ayında Avropa Oyunları ilə əlaqədar işlər tamamilə dayandı, iyun ayı biz işləyə bilmədik. İş dayandığı üçün biz o binaların yekunlaşma işini qurtara bilmədik. 6 saylı binadırsa haqlı deyil, 6 saylı binanı iyun ayına demişik, yanvar ayına veriləcək remonta. Amma 4, 4a, 5, 5a binaları avqust ayının axırnda sakinlər remonta verə bilərlər. 6 saylı binanın isə yerində, qazma, kanalizasiya xətti işində problemlər yaşandı, biz onu gec işləyə bildik. 6 saylı binanı biz inşallah ilin axırına, yanvar ayına təhvil verəcəyik. Yanvar ayında remonta başlaya bilərlər. 6 saylı binanın yubanmasına əsas səbəb o oldu ki, binanın yaxınlığından, hardasa 5-6 metrliyindən Xırdalanın kanalizasiya xətti keçir. Biz paklavanı qazanda həmin kanalizasiya xətti bizim paklavandan 6-7 metr çöldədi. O kanalizasiya xətti də illərlə işləyən xətt idi, dağılırdı, buraxırdı. Xırdalanda 26-cı məhəllə deyilən yer var onun kanalizasiya xətti idi, həmin xətti, bizə aid olmayan işi görüb bərpa eləmişik, hardasa uzunluğu 150 metr olan 6 metr dərinlikdə kanalizasiya xətti idi. İşin yubanmasına səbəb bu oldu.” Lakin iş burasındadır ki, həmin 4 saylı bina 2015-ci ilin avqustunda təmirə veriləcəyi vədi verilməsinə baxmayaraq hələ 2016-cı ilin mart ayında da hazır deyil. Bu isəAAAF Parkın müştərilərə hörmətsizlik etdiyini, verdiyi vədləri yerinə yetirə bilmədiyini sübut edir. Buna görə də artıq vətəndaşlar bu dəfə də aldadılsalar hüquq-mühafizə orqanlarına şüraciət edəcəklərini, şirkət rəsmilərinin məsuliyyətə cəlb edilməsini tələb edəcəklərini bildirirlər. Dünən isəAAAF Parkın ofisinin qarşısında bir qrup müştəri etiraz aksiyası keçirib. Etirazçılarla görüşdə 4 və 4a saylı binaların aprelin ilk həftəsində, 5 və 5 a saylı binaların isə aprelin sonu, mayın əvvəli təmirə veriləcəyi vəd edilib. Ancaq aprelin ilk həftəsinin gələn həftə olduğunu nəzərə alsaq AAF Parkın rəhbərliyinin müştərilərə necə cavab verəcəyi çox maraqlıdır.
Müştərilərin problemini nəzarətimizdə saxlamaqla yanaşı bildiririk ki, AAAF Park rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
/// yenilik.az
![](/file/pic/xeber/2016-03-29/12800.jpg)
![](/file/pic/xeber/2016-03-29/12801.jpg)
![](/file/pic/xeber/2016-03-29/12802.jpg)
![](/file/pic/xeber/2016-03-29/12803.jpg)