Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) yaydığı bəyanatda deyilir ki, hakim Işanquli Meretniyazov "evinə qayıdır".Referinin geri göndərilmə səbəbi kimi çərşənbə axşamı oyunları göstərilir, Associated Press yazır.Meretniyazov yarışın Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun yerə yıxılmasına baxmayaraq, onun yapon həmkarı üzərində “qələbəsinə” kömək etməkdə ittiham edilir.AİBA nəticəni sonradan dəyişib.Eyni zamanda Azərbaycan Boks Federasiyasının vitse-prezidenti.Ağacan Əbiyev də əlavə izah verilmədən oyunlardan uzaqlaşdırılıb.Boksun idarəedici orqanı olan AİBA Ağacan Əbiyevin nə üçün Olimpiadadan uzaqlaşdırıldığına dair şərh verməyib.Ancaq federasiya Azərbaycan rəsmisinin davranış kodeksini “bir neçə dəfə pozduğunu” deyib./BBC Azərbaycanca/