Ağadadaş Ağayevlə bağlı xoş xəbər: Tibb elmi möcüzə yaratdı

Ağadadaş Ağayevlə bağlı xoş xəbər: Tibb elmi möcüzə yaratdı
MAQAZİN
12:58 29.06.2021
11156
Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.

AZXEBER.COM xəbər verir ki, xərçəngdən əziyyət çəkən müğənni Türkiyədə ard-arda üş əməliyyat keçirsə də səhhəti yaxşılaşmağa başlayıb. Bu haqda Hacı Nuran sosial şəbəkə hesabında yazaraq məlumat verib ki. O, bildirib ki, xalq artisti artıq Bakıya qayıdır:

"29.06.2021 ... O qədər sevincliyəm ki... Mən axı hər ağızda bir dua var demişdim, mən axı xalqın alqışı sənətkarını xilas edəcək deyə, inanmışdım. Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə olaraq sevincdən ağladı. Çünki mənim qardaşım, dostum - Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayev bu gün Vətənə qayıdır, özü də sağlam, gümrah. Allahın köməkliyi ilə, tibb elmi möcüzə yaratdı. Dəfələrlə əməliyyat olunan sənətkar ölümə baş əymədi. Göydə Allahın, yerdə xalqın duası nəticəsində qardaşım sağaldı. Mən bilirəm o xəstəxana çarpayısı nə deməkdir, mən bilirəm, o həkimlərin sözlə dolu gözlərinə baxmaq nə deməkdir, nə deməkdir saatlarla reanimasiya qapısında, cərrahiyyə qabağında gözləmək. Və bütün bunlardan insanı bir şey xilas edir: dua və inam. Elə Ağadadaş Ağayev də inanırdı. İnanırdı ki, sağ-salamat qayıdacaq elinə, obasına, elə mən də inanırdım, özü də çox inanırdım. Budur, qardaşım qayıdır. Vətənə, ailəsinə, səhnəyə ...".
OXŞAR XƏBƏRLƏR